Tarix : 2023 Dec 19
Kod 64370

Ümumdünya Səhiyyə Təşkilatı: Qəzzanın səhiyyə sistemi tamamilə çökür

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bazar ertəsi səhər saatlarında Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökdüyü barədə xəbərdarlıq edib.
arannews:irna-Tedros Adhanom deyib: “Ötən günlərdəki hücumlar zamanı Qəzzanın şimalında yerləşən Kamal Ədvan xəstəxanasının dağıdılmasından çox dəhşətə gəlmişik və narahatıq.”

O, əlavə edib: “Kamal Ədvan xəstəxanasının binasına sığınan qaçqınların təhlükəsizliyindən son dərəcə narahatıq. Bu qaçqınlara qarşı hücumlar hüquqi protokollara ziddir.”
ÜST: Qəzzanın səhiyyə sistemi tamamilə çökür

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru daha sonra deyib: “Qəzzanın səhiyyə sistemi tamamilə çökür və daha bir xəstəxananın itirilməsi isə bu müharibənin getdiyi bölgənin müalicə sisteminə ağır zərbədir.”

  • Yazılıb
  • da (də) 2023 Dec 19
  • Göndərən رضا رستمی