Tarix : 2023 Dec 19
Kod 64371

Natiq Cəfərli: Demokratik seçkiyə getsək də, İlham Əliyev yenə udacaq

Real Partiyasının icra katibi Natiq Cəfərli indiki şəraitə İlham Əliyevə alternativin olmadığını söyləyib və Azərbaycan Respublikasında seçkilər üçün demokratik şəraitin olmadığına eyham vurub.
arannews:parstoday-Natiq Cəfərli “Musavat TV”nin efirində Yeni Azərbaycan Partiyasının deputatı Vüqar İskəndərovla debatı zamanı deyib: “Sabah Norveçdəki kimi demokratik seçkiyə getsək, İlham Əliyev yenə udacaq”.

Real rəsmisi həmçinin bildirib ki, belə bir şəraitdə ölkədə baş verən həbsləri mənasız hesab edib:

“Azərbaycanda seçkiqabağı həbslər gedir, saxlanılanlar var. Siyasətə birbaşa təsir etməyən insanların həbsi yaxşı görüntü deyil. Həbs qətimkan tədbiri çox ağırdır. Tutalım ki, bir şübhə var, qoy bunu ev həbsinə, gedin araşdırın, faktlarla, sübutlarla çıxın məhkəməyə, biz də deyək lap yaxşı…”, - deyə Natiq Cəfərli vurğulayıb.

Xatırladaq ki, 7 fevral seçkilərini bəri başdan müxalifətin aparıcı partiyaları boykot ediblər və yalnız iqtidara yaxın partiyaların təmsilçiləri öz namizədliklərini irəli sürüblər.

  • Yazılıb
  • da (də) 2023 Dec 19
  • Göndərən رضا رستمی