Tarix : 2023 Dec 20
Kod 64374

Putin: NATO ilə müharibə etmək niyyətində deyilik; Qərb Rusiyanı məğlub edə bilmədi

Rusiya Prezidenti Moskvanın NATO və Avropa ilə müharibə etmək niyyətində olmadığını vurğulayaraq deyib: “Qərbin Rusiyaya strateji məğlubiyyət gətirmək üçün göstərdiyi bütün cəhdlər boşa çıxdı.”
arannews:irna- Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib: “NATO-nun fəaliyyəti kəskin şəkildə artıb və Amerika qüvvələri, o cümlədən onların hava donanması Rusiya sərhədləri yaxınlığında yerləşdirilib. Həmçinin Şərqi və Mərkəzi Avropada NATO qüvvələrinin sayı artıb.”

Qərbin NATO-nu Şərqdə genişləndirməmək öhdəliyinə toxunan Putin deyib ki, onlar hər addımda və utanmadan yalan danışırlar.

Rusiya Prezidenti Ukrayna ilə müharibədə ölkə qüvvələrinin təşəbbüskarlığını vurğulayaraq deyib: “Rusiya Federasiyası xüsusi hərbi əməliyyatda öz məqsədlərindən əl çəkməyəcək.”

Ukraynanın ağır itkilərinə toxunan Putin qeyd edib ki, Ukrayna əks-hücumun nəticələrini Qərbə göstərmək üçün ehtiyatlarını böyük ölçüdə israf edib.

O, daha sonra bildirib ki, Ukraynadakı müharibə Qərbin hərbi texnikasının məğlubedilməzliyi mifini məhv edib.

Rusiya Prezidenti Moskvanın NATO və Avropa ilə müharibə etmək niyyətində olmadığını vurğulayaraq deyib: “Əgər 2014-cü ildə Kiyevdə baş verən çevrilişdən sonra Rusiya Krım yarımadasını özünə ilhaq etməsəydi, Krımda kütləvi qırğın baş verərdi.”

  • Yazılıb
  • da (də) 2023 Dec 20
  • Göndərən رضا رستمی