Tarix : 2023 Dec 20
Kod 64375

Qəzzada quru döyüşünün son gedişatı - Müqavimət döyüşçüləri tərəfindən bir neçə avtomobil və sionist hərbiçi vurulub

Fələstin media mənbələri çərşənbə axşamı gecə saatlarında bildiriblər ki, müqavimət döyüşçüləri Qəzza zolağında quru döyüşlərinin müxtəlif cəbhələrində bir neçə maşın və sionist hərbçini sıradan çıxarıblar.
arannews:irna-çərşənbə axşamı İslami Cihad hərəkatının hərbi qolu olan Səraya Əl-Qüds Qəzza zolağında quru döyüşlərinin son prosesləri ilə bağlı verdiyi açıqlamada bildirib: Pulemyotlarla şiddətli toqquşmadan sonra Qəzzanın şərqindəki Əl-Şücaiyyə məhəlləsi cəbhəsində 7 düşmən əsgərini öldürdük və ya yaraladıq.


HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin əl-Qəssam taborları da bəyanat verərək elan edib ki, təşkilatın döyüşçüləri Əl-Yasin 105 raketindən istifadə edərək Xan Yunisdə sionist ordunun şəxsi heyətini daşıyan zirehli transportyoru məhv ediblər.

Əl-Qəssam taborları həmçinin xəbər verib: İsrail hərbi taqımı TBG anti-istehkam raketi ilə hədəfə alınıb və nəticədə onların bir neçəsi ölüb və yaralanıb.

HƏMAS-ın hərbi qanadı həmçinin elan edib: Xan Yunisdə sionist rejimin bir Merkava tankı və Təl əz-Zətərdə digər Merkava tankı Əl-Yasin 105 raketi ilə hədəfə alınıb və məhv edilib.
İsrail ordusu bu gün günortadan sonra Qəzza zolağında son 24 saat ərzində baş verən quru toqquşmalarında 29 əsgərinin yaralandığını etiraf edib.

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Dec 20
  • Göndərən رضا رستمی