Tarix : 2023 Dec 21
Kod 64378

Rusiya XİN-nin sözçüsü: Tehran-Moskva hərtərəfli sazişi yekunlaşıb

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi İRNA müxbirinin sualının cavabında deyib: “Tehran və Moskva arasında uzunmüddətli əməkdaşlıq haqqında hərtərəfli saziş layihəsi yekunlaşdırılıb və yaxın vaxtlarda imzalanacaq.”
arannews:irna-Çərşənbə günü Moskvada keçirdiyi həftəlik onlayn mətbuat konfransında media müxbirlərinin suallarını cavablandıran Mariya Zaxarova İRNA müxbirinin sualına cavab olaraq əlavə edib: “Hər iki ölkə bu saziş üzərində ətraflı və konstruktiv şəkildə işləyib və bu barədə fikir mübadiləsi aparıblar, indi deyə bilərik ki, bu saziş yekunlaşıb.”

Onun sözlərinə görə, İran və Rusiya yaxın vaxtlarda iki ölkə arasında hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq və onun dəqiq tarixi açıqlanacaq.

  • Yazılıb
  • da (də) 2023 Dec 21
  • Göndərən رضا رستمی