Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda “radikal ekstremist qruplara” qarşı mübarizə aparıldığını bildirib.
arannews:parstoday-"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması üzrə işlər davam edir. Onlar din adından istifadə edirlər. Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış edir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır",- Mübariz Qurbanlı deyib. Dövlətin dinə nəzarət komitəsinin sədri “radikal ekstremist qruplar” dedikdə kimləri nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Azərbaycan Respublikasında radikal ekstremist qrupların başında vəhabilər durur. Hansı ki, vaxtı ilə hakimiyyətin yaşıl çırağı ilə bu cərəyanın təbliğinə başlanıldı və onların fəaliyyəti üçün münbit şərait yaradıldı. Həmin prossesini nəticəsi Azərbaycan Respublikasında İŞİD-çilərin formalaşması idi. Bu təkfirçi vəhabilər Suriyaya və İraqa qarşı terrorçu əməliyyatlara qatıldılar, onların təqdim etdikləri xəlifəlik xəritəsinə görə İŞİD-çilərin növbəti hədəfi Azərbaycan Respublikası olacaqdı. Ancaq müqavimət sərkərdəsi şəhid General Qasim Süleymaninin komandanlığı altında İraq və Suriyada İŞİD-ə qarşı aparılan mübarizə bu terror qruplaşmasının öz niyyətlərini reallaşdırmasına imkan vermədi.
Mübariz qurbanlının diqqətindən yayınan yəhudi dini pərdəsi altında nəinki radikalizm və ekstremizm hətta rasizmə çağırış edən sionizmin bu ölkədəki davamçıları da Azərbaycan Respublikası üçün ciddi təhlükə mənbəyidir ancaq buna baxmayaraq elə Qurbanlının rəhbərlik etdiyi komitə tərəfindən onların fəaliyyətinə hərcür şərait yaradılır.
Görünən odur ki, Mübariz Qurbanlının “radikal ekstremist qruplar” adlandırdığı kütlə elə Azərbaycanın şiə xalqıdır. Ona görə ki, indiyədək bu damğa ilə sadəcə bu ölkənin şiə dindarları repressiyalara məruz qalıb və onların həbsi davamlı xarakter alıb. Hal bu ki, onların əsas fəaliyyəti din adı altında radikal ekstremist qrupların formalaşmasına qarşı məafirləndirmə işləri aparmaqdan ibarət olmuşdur.