Tarix : 2023 Dec 23
Kod 64386

Müsəlman ölkəsindən İsrailə embarqo

Malayziya İsrailə məxsus ZIM gəmiçilik şirkətinə öz liman infrastrukturundan istifadəni qadağan edib.
arannews:parstoday-Malayziyanın baş naziri Ənvər İbrahim bəyan edib ki, İsrailə məxsus ZIM gəmiçilik şirkətinə bu ölkənin liman infrastrukturundan istifadə qadağan edilib.

 

Ənvər İbrahim deyib ki, qərar dərhal qüvvəyə minir və Malayziyanın Nəqliyyat Nazirliyi adıçəkilən şirkətin fəaliyyətinə daimi qadağa tətbiq edərək təcili tədbirlər görəcək. Eyni zamanda hökumət İsrail bayrağı altında üzrə gəmilərin də Malayziya limanlarına buraxılmaması qərarını qəbul edib. Bundan başqa, İsrailə hərəkət edən istənilən gəmilərin də Malayziya limanlarında yüklənməsinə də qadağa tətbiq edilib. Hər iki məhdudiyyət dərhal qüvvəyə minir.

Baş nazir bildirib: “Qadağalar İsrailin Fələstin xalqına qarşı davam edən kütləvi qırğınlarına və vəhşiliklərinə və əsas humanitar prinsipləri pozmasına birbaşa cavabdır”.

Xatırladaq ki, Yəmən hökuməti də İsrailə müharibə elan edib və Qırmızı Dəniz vasitəsilə İsraillə ticarət üçün hərəkət edən gəmiləri vurur.

  • Yazılıb
  • da (də) 2023 Dec 23
  • Göndərən رضا رستمی