Xarici İşlər naziri Fələstin üzrə Tehran Beynəlxalq Konfransında:
Bu konfransın keçirilməsi üçün məlumatlandırma və planlaşdırmaya ayrılan qısa vaxta baxmayaraq və miladi ilinin son günlərinə diqqət etməklə, İran İslam Respublikasının dəvətini qəbul etdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirəm.
arannews:irna-Xarici İşlər naziri Fələstin üzrə Tehran Beynəlxalq Konfransında:
Bu konfransın keçirilməsi üçün məlumatlandırma və planlaşdırmaya ayrılan qısa vaxta baxmayaraq və miladi ilinin son günlərinə diqqət etməklə, İran İslam Respublikasının dəvətini qəbul etdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirəm.
Sizin iştirakınız bəşəri dəyərlərə və beynəlxalq ictimaiyyətin son onilliklər ərzində həll olunmamış problemlərindən biri sayılan mühüm Fələstin məsələsinə qayğının əlamətidir.
Fələstin məsələsi həmişə İran İslam Respublikasının diqqət mərkəzində olub, İmam Xomeyninin (r) uca düşüncələrində olub, eləcə də Ali Məqamlı Rəhbər İmam Xameneinin uca və strateji baxışında yer alır.