Rusiyanın Sankt-Peterburq şəhərində bazar ertəsi, dekabrın 25-də İranın sənaye, mədən və ticarət naziri və Avrasiya İqtisadi Birliyinə üzv olan beş ölkənin baş nazir müavinlərinin iştirakı ilə tərəflər arasında daimi azad ticarət sazişinin imzalanacağı mərasim keçirilir.
arannews:irna-Avrasiya İqtisadi İttifaqı (Aİİ) Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan və Ermənistandan ibarətdir.
İranla bu ittifaq arasında ilk birgə addım 2017-ci ildə İrəvanda güzəştli ixrac tariflərinin əldə edilməsinə dair saziş layihəsinin imzalanması ilə atılıb və məhz 2018-ci ildə bu müvəqqəti saziş tərəflər arasında üç il müddəti üzrə imzalanıb.
İran və Avrasiya İttifaqı; azad ticarət yoldadır
Tərəflərin bəyanatları araşdırıldıqda məlum oldu ki, bu üç illik birgə əməkdaşlığın sonunda tərəflər onun daimi olması üçün bir formul üzərində qərar verəcək və ya bu proses dayandırılacaq. Amma, tərəflərin danışıqları göstərdi ki, rəsmi Tehran və Avrasiya paytaxtları uzunmüddətli və sabit əməkdaşlıqda maraqlıdırlar.
Belə ki, İran Müvəqqəti Güzəştli Ticarət Sazişi haqqında qanunun müddətini uzatmaqla bu məqsədinin reallaşmasına yol açdı.
Prezident Ayətullah Seyid İbrahim Rəisi, 22 may 2023-cü ildə Konstitusiyanın 123-cü maddəsini rəhbər tutaraq, “İran İslam Respublikası ilə Avrasiya İqtisadi İttifaqı və onun üzv dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında müvəqqəti sazişin müddətinin uzadılmasına dair protokol qanunu” 2 may 2023-cü il tarixli İslam Şurası Məclisinin açıq iclasında qəbul edilmiş və 10 may 2023-cü ildə Nəzarət Şurası tərəfindən təsdiq edilmiş və icra olunması üçün Sənaye, Mədən və Ticarət Nazirliyinə bildirilmişdir.
İranın Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv kimi daxil olması və 2024-cü ilin əvvəlindən ölkəmizi BRİKS qrupunun yeni üzvü kimi qəbul etməsindən sonra, Avrasiya İttifaqı ilə azad ticarət sazişinin imzalanması 1402-ci ildə (2023-2024 mart) İranın iqtisadi inkişafı və başqa ölkələrlə ticarət mübadiləsi aparması istiqamətində növbəti mühüm addım hesab olunur və 13-cü hökumətin qonşuluq siyasətinin İran xalqının və regionun digər xalqlarının mənafeyinə bəhrə verməsindən xəbər verir.