İslam İnqilabının Aliməqamlı Rəhbərinin 23 dekabrda İsrail rejimini boykot etmək zərurəti ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan mediası tərəfindən işıqlandırılıb.
arannews:parstoday- “İranın dini lideri Əli Xamenei müsəlman ölkələrin xalqlarını İsrailə yanacaq və digər məhsulların çatdırılmasının qarşısını almağa çağırıb. O deyib ki, müsəlman xalqlar öz rejimlərindən İsrailə yardımı dayandırmağı və onunla əlaqələri kəsməyi tələb etməlidirlər”. Qeyd edək ki, Kirman və Xuzistan vilayətindən minlərlə nəfər dünən İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Müəzzəm Rəhbəri ilə görüşüblər.
Görüşdə müsəlman dövlətlərin qəsbkar rejimə kömək etməklə cinayətə mürtəkib olduqlarını bildirən İnqilab Rəhbəri buyurub: “Bəzi müsəlman dövlətləri sionist rejimə kömək etməklə cinayətə mürtəkib olurlar. Bu gün müsəlman dövlətlərin vəzifəsidir ki, mal, neft, yanacaq və sair kimi şeylərin sionist rejimə çatmasına imkan verməsinlər, necə ki qəsbkar rejim Qəzzə əhalisinə suyun çatmasına imkan vermir”.
Müsəlman xalqların vəzifəsindən danışan Həzrət Ayətullahül-üzma Xamenei öz sözlərinə belə davam edib: “Müsəlman xalqların vəzifəsidir ki, öz dövlətlərindən sionist rejimə hər növ köməkliyin və hətta öz əlaqərini də kəsməyi tələb etsinlər”.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan hakimiyyəti İsrailin boykot edilməsi çağırışlarını qulaqardına vuraraq bu rejimin hərb maşınını yanacaqla təmin etməkdə israrlı qalır və hətta müharibə əsnasında payını bir qədər də artırıb.
Dövlət Gömrük Komitəsinin ən son statistik məlumatında deyilir ki, Azərbaycan dövləti bu ilin yanvar-noyabr aylarında İsrailə neft satışını 4%-dən çox artırıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan İsrailə təxminən 1.4 milyard ABŞ dolları dəyərində 2 milyon 244 min ton xam neft ixrac edib. Bu da ötən ilin analoji müddəti ilə müqayisədə 4,37 faiz artım deməkdir.
Bu yaxınlarda Bloomberg-in dərc etdiyi məlumatda deyilirdi ki, İsrail rejimi gündə təxminən 200 min barrel xam neft idxal edir. Və onun 60%-i müsəlman ölkələri olan Azərbaycan və Qazaxıstanın payına düşür.