Tarix : 2023 Dec 26
Kod 64398

İran prezidenti Qəzzədə sionistlərin cinayətlərini dayandırmaq üçün kollektiv tədbirlər görməyə çağırıb

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi ümidvar olduğunu bildirib ki, yeni Milad ili ərəfəsində Qəzzədə günahsız insanların öldürülməsinin dayandırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlər görüləcək.
arannews:parstoday-İran prezidenti bazar günü Roma Papası Fransiskə məktub göndərib və onu və bütün xristianları "İsa ibni Məryəm"in (əleyhissalam) mövludunun ildönümü və yeni 2024-cü Milad ilinin başlanması münasibəti ilə təbrik edib.

İran prezidenti Roma Papasına yazıb: "Bu gün Bəşər cəmiyyətləri bir çox problemlərlə üzləşiblər ki, onlardan ən mühümü sionist rejimin Qəzzə zolağına təcavüzüdür. Təəssüflər olsun ki, bir tərəfdən beynəlxalq təşkilat və qurumların qətiyyətli davranmaması, digər tərəfdən Amerika hökuməti və bəzi Avropa ölkələrinin bu rejimə verdiyi dəstək ucbatından Qəzzədə 20 mindən çox məzlumun, xüsusilə də uşaqlar və qadınların qəsbkar sionist rejimin əli ilə şəhid edilməsinin şahidi olduq".

Rəisi əlavə edib: "Ümid edirəm ki, yeni il ərəfəsində bütün vicdanlı insanlar Qəzzədə günahsız insanların öldürülməsinin qarşısını almaq üçün çalışacaqlar və ilahi peyğəmbərlərin, xüsusən də İsa Məsihin (əleyhissalam) məhəbbət dolu dininə möhkəm yapışaraq və onlara güvənərək, bir çox bəşəri çətinliklərin öhdəsindən gələcək, xalqlarımızın tərəqqi və yüksəlişi istiqamətində təsirli addımlar atılacaqdır".

Prezident bu əlamətdar gündə dünyada sülhün bərqərar olması üçün dua edərək, Papaya cansağlığı və uğurlar, İsa Məsihin bütün davamçılarına firavanlıq arzulayıb.

  • Yazılıb
  • da (də) 2023 Dec 26
  • Göndərən رضا رستمی