İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin müşavirlərindən olan və Suriyada müqavimət oxuna dəstək sahəsində fəaliyyət göstərən sərdar Seyid Rəzi Musəvi sionist rejimin Dəməşqin Zeynəbiyyə bölgəsinə üç raketdən istifadə etməklə hücumu zamanı şəhidlik zirvəzinə ucalıb.
arannews:irna-Seyid Rəzi kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən olan sərdar Seyid Rəzi Musəvi SEPAH-ın təcrübəli məsləhətçilərindən olaraq, Suriyada səhra və Dəməşq ətrafında döyüşlərdə iştirak edib və Hələbin qərbində hücumu dəf edən möhkəm iradəli döyüşçülərdən idi.
Şəhid Rəzi Musəvi ötən illərdə bir neçə dəfə sionist rejimin hədəfində olub.
Sərdar Seyid Rəzi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı ən keçmiş müşavirlərindən və şəhid sərdar Hacı Qasım Süleymaninin səngər yoldaşlarından biri idi.