Tarix : 2023 Dec 27
Kod 64403

Daxili İşlər Nazirliyi məlumat yayıb;

Xarici investisiyaların cəlb edilməsində Şərqi Azərbaycan əyaləti ikinci yerdədir
Daxili İşlər Nazirliyi Şərqi Azərbaycan əyalətinin bu ilin birinci yarısında xarici investisiyaların cəlb edilməsinə görə ölkədə ikinci yerdə olduğunu açıqlayıb.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, əyalətlərin xarici investisiyaların cəlb edilməsi sahəsində qiymətləndirilməsi və sıralanma göstəricilərində əyalətə daxil olan xarici kapitalın miqdarı, təsdiq olunmuş xarici investisiya layihələrinin sayı, istifadəyə verilmiş xarici investisiya layihələrinin sayı və xarici investisiyalar sahəsində yaradılan iş yerlərinin sayı əsas götürülmüşdür.
  • Yazılıb
  • da (də) 2023 Dec 27
  • Göndərən جهان کمالی