Tarix : 2023 Dec 27
Kod 64405

Lavrov: İranın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət Moskvanın dəyişməz mövqeyidir

Rusiyanın Xarici İşlər naziri İran İslam Respublikasının Xarici İşlər naziri ilə telefon danışığında deyib: “Rusiya İranın ərazi bütövlüyünə səmimi, sədaqətlə və qeyd-şərtsiz hörmət edir və bu, Moskvanın dəyişməz mövqeyidir.”
arannews:irna-çərşənbə axşamı İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə telefon danışığında Cənubi Qafqazla bağlı hadisələr, ikitərəfli əməkdaşlıq və münasibətlərin son vəziyyəti, bəzi regional və beynəlxalq məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Əmir Abdullahiyan Qafqazdakı mövcud hadisələrə toxunaraq, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, İran İslam Respublikasının regionda sülh və sabitliyin sabitləşdirilməsinə dəstəyini vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da İran İslam Respublikasını Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalaması münasibətilə təbrik edib və  bunu İran İslam Respublikası ilə Rusiya və bu ittifaqa üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafında çox mühüm addım adlandırıb.

Sergey Lavrov bir daha bəyan edib: “Rusiya İranın ərazi bütövlüyünə səmimi, sədaqətlə və qeyd-şərtsiz hörmət edir və bu, Moskvanın dəyişməz mövqeyidir.”

O, həmçinin Rəşt-Astara dəmir yolunun tikintisində iki ölkənin əməkdaşlığına toxunub, bu razılaşmanın Moskva tərəfindən həyata keçirilməsi üçün bütün daxili rəsmi işlərin tamamlanmasına diqqət etməklə, ölkəsinin iki ölkə arasında bu əməkdaşlığın inkişaf planının həyata keçirilməsini sürətləndirmək əzmində olduğunu vurğulayıb.

Bu telefon danışığında tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını vurğulayıblar.

  • Yazılıb
  • da (də) 2023 Dec 27
  • Göndərən رضا رستمی