Xarici İşlər naziri bildirib: “Qafqazda sülh, sabitlik, əmin-amanlıq və inkişaf bu regionun yerli ölkələrinin və qonşularının iştirakı ilə mümkün olacaqdır.”
arannews:irna-Hüseyn Əmir Abdullahiyan çərşənbə günü axşam saatlarında şəxsi səhifəsində yazıb: “Ermənistana səfərim zamanı Baş nazir cənab Nikol Paşinyan, bu ölkənin Xarici İşlər naziri cənab Ararat Mirzoyan və Milli Təhlükəsizlik Şurasının katibi cənab Qriqoryanla görüşdüm, Cənubi Qafqazda baş verən son hadisələri, regionda davamlı sülhə nail olmağın yollarını və ikitərəfli münasibətlər prosesini müzakirə etdik.” Xarici İşlər naziri əlavə edib: “Bu istiqamətdə, ötən gecə də Rusiya Federasiyası və Azərbaycan Respublikasının xarici işlər nazirləri ilə söhbətdə 3+3 regional mexanizmi çərçivəsində mübahisələrin həllinin son vəziyyəti müzakirə olundu.”
Əmir Abdullahiyan daha sonra yazıb: “İnanırıq ki, Qafqazda sülh, sabitlik, əmin-amanlıq və inkişaf bu regionun yerli ölkələrinin və qonşularının iştirakı ilə mümkün olacaqdır. Həmçinin, İran İslam Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi Tehran və İrəvan arasında ticarət əlaqələrinin inkişafı üçün aydın üfüqlər müəyyən edəcək.”