Anti-İsrail hərəkatının yüksək səviyyəli üzvü Naturi Karta sionist rejim rəhbərlərinin yəhudilərin müdafiəsi ilə bağlı iddialarını rədd edərək, belə bir açıqlama verib: Birinci: İşğal olunmuş Fələstin Musa (ə) peyğəmbərin dininin ardıcılları üçün ən təhlükəli yerdir. İkincisi: Soyqırıma haqq qazandıran və törədənlər yəhudi deyillər.
arannews:irna-anti-sionist nümayişlərin, o cümlədən Londonda keçirilən Ümumdünya Qüds Günü yürüşünün fəal iştirakçısı olan Elhanan Bek videomüraciətində deyib: Bu gün İsrail yəhudilər üçün ən təhlükəli yerdir. Yəni bütün dünyaya nəzər salsanız, (yəhudilərin güvənsizliyi haqqında) yalnız bir yerə gələrsiniz, o da İsraildir (işğal olunmuş Fələstin). O, yəhudilərin başqa ölkələrdə də tam təhlükəsiz şəraitdə yaşadıqlarını ifadə edərək əlavə etdi: Amma, İsraildə hər bir yəhudi uşaq hər cür silah və döyüş sursatlarından necə istifadə edəcəyini bilir. Yəni bu vəziyyət təhlükəsizlik adlanır? Belə yer yəhudilər üçün ən təhlükəli yerdir.
Bu yəhudi ravvin sözünə davam etdi: Sionistlər hər dəfə iddia edirlər ki, müsəlmanlar bütün yəhudiləri öldürüb dənizdə batırmaq istəyirlər. Amma, zərrə qədər məlumatı olan hər kəs bilir ki, bizim İslam ölkələrində heç bir problemimiz yoxdur. Yəhudilər bir çox ölkədə zülmə məruz qaldılar, amma bizə sığınacaq verən müsəlmanlar oldu.