Yəmən Ənsarullah Hərəkatının sözçüsü beynəlxalq su yollarının təhlükəsizliyinə işarə edib, Amerikanın dəniz koalisiyasında iştirak edilməsi tələb olunmuş ölkələrin çaşqınlığını bildirərək deyib: “Bu çaşqınlıq legitimliyin olmamasından qaynaqlanır.”
arannews:parstoday- Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-səlam açıqlamasında bildirib: “Beynəlxalq su yolları təhlükəsiz və sabitdir və hər gün yüzlərlə gəmi Qırmızı dənizdən keçir.” “ABŞ-ın dəniz ittifaqına qoşulmasını tələb etdiyi bəzi ölkələrin çaşqınlığı bu hərəkətin qanuni olmadığına inanması ilə bağlıdır” -deyə, o, vurğulayıb.
Yəmən Hərbi Dəniz Qüvvələrinin gündəlik olaraq bütün gəmilərlə əlaqə saxladığını qeyd edən Ənsarullah sözçüsü bildirib ki, Amerika İsraili qorumaq üçün bəzi ölkələri bu koalisiyaya qoşulmağa təhrik etməyə çalışır.
Məhəmməd Əbdüs-səlam deyib: “Biz ölkələrlə əlaqə saxlayırıq və onlar dəniz koalisiyasına qoşulmadıqlarını təsdiqləyirlər. Bəzi ölkələr də bizə bildirdilər ki, onların Amerika koalisiyasında mövcudluğu zabit göndərmək səviyyəsindədir.”