Tarix : 2023 Dec 30
Kod 64417

Bakı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin yenidən açılmasına ümid etdiyini bildirib

Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkənin Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid etdiyini bildirib.
arannews:parstoday-2023-cü il yanvarın 27-də silahlı şəxs Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum etmiş, səfirliyin mühafizəçisi həlak olmuş, daha iki mühafizəçi yaralanmışdır.

İran İslam Respublikasının məhkəmə orqanları mövcud dəlillərə və təqsirləndirilən şəxsin etiraflarına əsaslanaraq, bu hücumun motivinin tamamilə şəxsi olduğunu vurğulayıblar.

Bununla bağlı cümə axşamı (28 dekabr) Azərbaycan Respublikasının xarici işlər naziri “Ceyhun Bayramov” deyib ki,  silahlı hücumdan sonra ölkəsinin Tehrandakı səfirliyinin yenidən açılması araşdırılır.

İranın hüquq-mühafizə orqanları bununla bağlı konkret tədbirlər görüb və məhkəmə prosesi başlayandan Tehran bu barədə Bakıya məlumat verib.-deyə Bayramov əlavə edib.

Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu ilin payızında ( 1402-ci Günəş ili ) Tehrana səfər edib və İran İslam Respublikasının Xarici İşlər Nazirliyində  , İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdollahian ilə görüşüb və söhbət edib.

Əlbətdə, bu müddət ərzində Azərbaycan Respublikasının təhlükəsizlik orqanları və prokurorları Tehrana səfər etmişlər.

Həmçinin, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin  Mustafayev iqtisadi nümayəndə heyətinin başçılığı ilə Birgə İqtisadi Komissiyanın iclasında iştirak etmək üçün Astaraya səfər edib.

  • Yazılıb
  • da (də) 2023 Dec 30
  • Göndərən رضا رستمی