Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi bəyan edib ki, sionist rejim tərəfindən Qəzzə zolağının bombalanmasının heç bir əsası yoxdur və ABŞ Qəzzə zolağında sülhün bərqərar olmasına mane olur.
arannews:parstoday-Təhlükəsizlik Şurasının 2023-cü ildə Fələstinin vəziyyəti ilə bağlı cümə günü keçirilən son iclasında BMT-nin İnsan Haqları üzrə komissarının nümayəndəsi Mərvan Muaşir Qəzza zolağında atəşkəsin yaradılması yolunda əsas maneənin ABŞ olduğunu bildirib. BMT baş katibinin Qərbi Asiya, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Məhəmməd Əl-Xiari də BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada təcili humanitar atəşkəs tələbini təkrarlayıb və sionist rejimin hücumlarının regional genişlənməsi ilə bağlı xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik də İsrail rejiminin Qəzza zolağına hücumlarının genişlənməsindən dərin narahat olduğunu və bunun bütün region üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirib.
Bu arada BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit İsrailin Qəzzaya gedən yardım karvanına hücumunu pisləyib və yardım işçilərinə hücumun qanunsuz olduğunu bildirib.