Tarix : 2023 Dec 31
Kod 64423

Türk Lirəsi yeni rekord vurub

Sentyabr ayının əvvəlindən bəri məhdud şəkildə ucuzlaşan Türkiyə lirəsi (TL) bu gün də dollar qarşısında itkisini davam etdirib.
arannews:parstoday-Türkiyədə 1 ABŞ dollarının məzənnəsi bu səhər 29.51 lirə səviyyəsinə çataraq yeni rekord qırıb.

Türkiyədə minimum əməkhaqqının 49 faiz artması ekspertlərin fikrincə, 36 faiz olan 2024-cü il inflyasiya hədəfinə yenidən baxılması imkanını artırıb. TCMB inflyasiya proqnozunu fevralın 8-də açıqlayacaq.

Mütəxəssislər yüksək faiz dərəcələrinə baxmayaraq, əməkhaqqı artımının həm tələb həm də inflyasiyaya orta müddətli təsir göstərəcəyini vurğulayırlar.

Ötən həftəni 29.23-də bağlayan Dollar/TL bu səhər 29.51 səviyyəsində olub. TL dekabrda 2,1 faiz dəyər itirib.

TL bu səviyyələrdə bağlanarsa, ili 36,6 faiz dəyər itirmə ilə başa vuracaq. İtkilərin böyük hissəsi iyun ayında baş verib. Sentyabrın əvvəlindən TL-də müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb.

Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub.

  • Yazılıb
  • da (də) 2023 Dec 31
  • Göndərən رضا رستمی