Fələstin İslami Cihad Hərəkatının baş katibi verdiyi açıqlamada Qəzzaya təcavüz tam dayandırılmadan əsirlərin dəyişdirilməsi və ya digər məsələlərlə bağlı razılaşmanın əldə olunmayacağını bildirib.
arannews:irna-Ziyad ən-Nuxalə əlavə edib: Təcavüzlər dayandırılmasa və sionist qüvvələr Qəzza zolağından tamamilə çıxarılmasa, bizimlə düşmən arasında əsirlərin dəyişdirilməsi və ya digər məsələlərlə bağlı heç bir razılaşma olmayacaq. Bununla bağlı açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Bundan əvvəl xəbər mənbələri sionist rejimin hakimiyyət orqanlarının güzəştlər verməklə əsirlərin dəyişdirilməsi üçün yeni razılaşma əldə etməyə çalışdıqlarını bildirmişdilər.
Sionist radio və televiziyası xəbər verib ki, bu rejim növbəti əsir mübadiləsi sazişində sionistləri öldürməkdə mühakimə olunan fələstinli məhbusların azad edilməsini nəzərdən keçirir.
Digər tərəfdən, Reuters İnformasiya Agentliyi Misir təhlükəsizlik rəsmisinə istinadən bildirib ki, sionist rejim və HƏMAS atəşkəsə hazırdır və qalan fikir ayrılıqları təfərrüatlar üzərindədir.
Halbuki, sionist mediası daha əvvəl məlumat vermişdi ki, sionist rejimin döyüş kabinetində əsirlərin dəyişdirilməsi ilə bağlı yeni razılaşma mövzusunda fikir ayrılığı mövcuddur.
Yeni hesabata görə, sionist rejimin Hərbi Şurası kəşfiyyat təşkilatının (Mossad) rəhbərinə Qəzzada atəşkəs barədə Qətərin planını həyata keçirməyə icazə verib.
Sionist “Jerusalem Post” qəzetinin xəbərinə görə, sionist rejimin Hərbi Şurası Mossad rəhbəri Devid Barniyə Qətər rəsmiləri ilə Qəzzada atəşkəs üçün danışıqları davam etdirməyə və əsirlərin mübadiləsi üçün zəmin yaratmağa icazə verib.
Bu hesabata əsasən, Sionist Hərbi Şurası bu gün, bazar günü Qətərin əsirlərin mübadiləsi üçün təklif etdiyi atəşkəs planının təfərrüatlarını nəzərdən keçirməyə hazırlaşır.
Bundan əvvəl sözügedən sionist mediası 40-50 sionist əsirin azad edilməsi və Qəzzada bir neçə həftəlik müvəqqəti atəşkəsin yaradılması planının nəzərdən keçirildiyini xəbər vermişdi.
Bu arada HƏMAS dəfələrlə müharibə dayandırılmadan əsir mübadiləsinin olmayacağını vurğulayıb və izah edib ki, əsirlərin dəyişdirilməsi və atəşkəslə bağlı bütün beynəlxalq vasitəçiləri məlumatlandırıb.