Tarix : 2024 Jan 02
Kod 64431

Qəzzada sionist rejimə aid 1 Apaçi helikopteri və 5 hərbi avtomobil məhv edilib

Fələstin müqaviməti Qəzzada sionist rejiminə aid 1 Apaçi helikopteri və beş hərbi avtomobilin ovlandığını bildirib.
arannews:irna-Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin hərbi qanadının Şəhid Əbu Əli Mustafa Briqadaları bununla bağlı yaydığı bəyanatda bildirib: “Hava hücumundan müdafiə bölməmiz Qəzzanın şərqində işğalçıların bir Apaçi helikopterini SAM 7 raketi ilə hədəfə alaraq məhv edib.” 

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzəddin Əl-Qəssam Briqadaları da Qəzza zolağında quru döyüşündəki son hadisələr barədə yaydığı bəyanatda bu zolaqdakı müharibənin müxtəlif cəbhələrində sionist rejimə aid beş hərbi avtomobilin hədəfə aldığını bildirib.

  • Yazılıb
  • da (də) 2024 Jan 02
  • Göndərən رضا رستمی