İranın Azərbaycan Respublikasındakı səfiri Tehran və Bakı arasında ticarətin asanlaşdırılmasında iki ölkə arasında beşinci sərhəd keçid məntəqəsinin yenidən açılmasının rolunu vurğulayıb.
arannews:parstoday-Seyid Abbas Musəvi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Müdrik uzaqgörənlər öz aralarında körpü qurur, dardüşüncəlilər isə divar hörür. İran və Azərbaycan arasında beşinci sərhəd keçidinin yenidən açılması ticarəti asanlaşdırmaq və dostluğu möhkəmləndirməkdən əlavə, Şimal-cənub dəhlizində nəqliyyat marşrutlarının şaxələndirilməsidir. O, əlavə edib: "Araz keçidi və Azərbaycan dəmir yolunun Ərdəbilə birləşdirilməsi digər qısa və orta müddətli planlarımız arasındadır".