Tarix : 2024 Jan 02
Kod 64432

İranın Azərbaycandakı səfiri: İran və Azərbaycan arasında 5-ci sərhəd keçid məntəqəsi yenidən açıldı

İranın Azərbaycan Respublikasındakı səfiri Tehran və Bakı arasında ticarətin asanlaşdırılmasında iki ölkə arasında beşinci sərhəd keçid məntəqəsinin yenidən açılmasının rolunu vurğulayıb.
arannews:parstoday-Seyid Abbas Musəvi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Müdrik uzaqgörənlər öz aralarında körpü qurur, dardüşüncəlilər isə divar hörür. İran və Azərbaycan arasında beşinci sərhəd keçidinin yenidən açılması ticarəti asanlaşdırmaq və dostluğu möhkəmləndirməkdən əlavə, Şimal-cənub dəhlizində nəqliyyat marşrutlarının şaxələndirilməsidir.

O, əlavə edib: "Araz keçidi və Azərbaycan dəmir yolunun Ərdəbilə birləşdirilməsi digər qısa və orta müddətli planlarımız arasındadır".

  • Yazılıb
  • da (də) 2024 Jan 02
  • Göndərən رضا رستمی