Bu gün çərşənbə günü (3 yanvar 2024-cü il) SEPAH Qüds Qüvvələrinin keçmiş komandanı general-leytenant Qasim Süleymaninin şəhid olmasının dördüncü ildönümüdür.
tr.arannews:parstoday-İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general-leytenant “Qasım Süleymani” İraq hakimiyyətinin rəsmi dəvəti ilə 2020-ci il yanvarın 3-də bu ölkəyə səfər etmişdi. Hacı Qasım Süleymani, İraq Xalq Səfərbərliyinin (Həşdüş-Şəbi) komandir müavini “Əbu Mehdi əl-Mühəndis” və onların 8 nəfər yoldaşı ilə birlikdə Amerika təcavüzkar və terrorçu qüvvələrinin Bağdad hava limanında hava hücumu nəticəsində şəhid olub.
Bu gün çərşənbə günü bütün İslami İranda Sərdar Süleymaninin şəhadəti münasibətilə müxtəlif mərasimlər keçirilir.
Dünyanın bəzi müxtəlif bölgələrində, xüsusən də Qərbi Asiya regionunda general Süleymaninin şəhadətinin ildönümü münasibətilə bu yüksək rütbəli generalın terrorçularla mübarizədə göstərdiyi səylərin qiymətləndirilməsi məqsədilə mərasimlər keçirilir.
İran İslam Respublikasının BMT-nin Cenevrədəki daimi nümayəndəsi də general Süleymaninin Terror edilməsinin dördüncü ildönümü ilə əlaqədar bu təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığına və digər müvafiq mexanizmlərə məktub yazaraq , Amerika hökumətinin müqavimət komandirlərini şəhid edən terror aktını məqsədyönlü, özbaşına, ədalətsiz və qeyri-qanuni adlandırıb.