Tarix : 2024 Jan 05
Kod 64443

Terror düşmənin aciz və rəzil olduğuna bariz nümunədir

Dünyada sərhəd tanımayan və ümummbəşər cinayətlər sırasında yer alan terror bir xalqın birlik və qüdrətinə uzanan xain əl olduğu kimi, düşmənin də xəbis və zəif simasını özündə əks etdirir
arannews: Terror düşmənin aciz və rəzil olduğuna bariz nümunədir

Dünyada sərhəd tanımayan və ümummbəşər cinayətlər sırasında yer alan terror bir xalqın birlik və qüdrətinə uzanan xain əl olduğu kimi, düşmənin də xəbis və zəif simasını özündə əks etdirir. Tərəf üz-üzə gələcək qədər aciz durumunu dinc əhali, günahsız insanların qətli ilə gizlətməklə terrorun arxasında öz məkirli planını həyata keçirməyə çalışır. Lakin həmişə terror cəmiyyətlərdə əks nəticə verərək xalq birliyinin simvoluna çevrilərək çətin dönəmdə onun inamına səbəb olub. Necə ki, zamanla Azərbaycan gerçəkliyində düşmənin terror layihələri Azərbaycanı xalq olaraq daha möhkəm birləşməyə səsləyib.

Ötən gün İranın Kerman əyalətində, Şəhid Qasim Süleymaninin anım mərasimində düşmənin terror addımları bir daha İran xalqının qüdrəti müqabilində acizliyi, eyni halda rəzalətinə yönəli bir addım olaraq törədilib. Birmənalı olaraq bu cinayət pislənilməli və müqəssirlər qəti və sərt şəkildə cəzalanmalıdır.

Biz, bu acı faciədə qardaş İran xalqına dəstəyimizi nümayiş etdirir, eyni halda yaşanan bu faciəvi hadisədə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə isə səbr diləyirik.

Hacı Tale Bağırzadə
  • Yazılıb
  • da (də) 2024 Jan 05
  • Göndərən رضا رستمی