Tarix : 2024 Jan 06
Kod 64445

Əmir Abdullahian: Təhlükəsizlik qüvvələri Kirmandakı terror hadisəsinin sifarişçilərinin məlumatlarını tamamlayır

Ölkəmizin diplomatik xidmətinin rəhbəri Şri-Lankalı həmkarı ilə söhbətində Kirmanda törədilən terror cinayətinin təfərrüatlarını açıqlayaraq deyib: Təhlükəsizlik qüvvələrimiz təfərrüatları araşdırır, hadisənin sifarişçiləri və cinayətkarları haqqında məlumatları tamamlayır.
arannews:irna-Şri-Lankanın xarici işlər naziri Əli Səbri ölkəmizin xarici işlər naziri Əmir Abdullahian ilə telefon danışığında Kirman şəhərində baş verən terror hadisəsini kəskin şəkildə pisləyib.

Şri-Lankanın xarici işlər naziri çərşənbə günü Kirman şəhərində törədilən terror aktına görə Şri-Lanka hökuməti və xalqının İran İslam Respublikası hökuməti və xalqı ilə həmdərd olduğunu və kədərləndiyini ifadə edib.

  • Yazılıb
  • da (də) 2024 Jan 06
  • Göndərən رضا رستمی