Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı deyib: “İranın pilotsuz təyyarələrinin gücü mümkün təhlükələrə uyğun olaraq təkmilləşdirilir və digər sənayelərdəki bu nəhəng inkişaf sayəsində biz yerli texnologiyanın sıçrayışının şahidi oluruq.”
arannews:irna-general-mayor Əlirza Səbahifərd şənbə günü Hava Hücumundan Müdafiə Qüvvələrinin pilotsuz təyyarə bölməsi üzrə komandirləri və əməkdaşlarının toplantısında deyib: “Xalqımızın müxtəlif dövrlərdə verdiyi dəstək ölkənin gücünün ən mühüm komponentidir və əcnəbilərin ölkəmizin nüfuzuna zəbbə vurmaq üçün hazırladıqları məkirli planları zərərsizləşdirib.” Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı əlavə edib: “İranın pilotsuz təyyarələri mümkün təhlükələrə uyğun olaraq təkmilləşdirilir və metallurgiya, fiberglas və kompozit kimi digər sənayelərdəki bu nəhəng inkişaf sayəsində biz yerli texnologiyanın sıçrayışının şahidi oluruq.”