Məlumatlı mənbələrin bildirdiyinə görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yaxınlarda elan edilməmiş bir ziyafətdə Co Baydenlə görüşüb və 2024-cü il Amerika seçkilərində Donald Trampın qalib gələ biləcəyindən narahatlığını bildirib. İRNA-nın bazar günü “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Obama bu yaxınlarda Co Baydenin iştirakı ilə Ağ Evdə keçirilən ziyafətdə iştirak edib ki, seçki kampaniyası ilə bağlı narahatlıq və tövsiyələrini öz keçmiş müavini ilə müzakirə etsin.
arannews:irna-“Washington Post” qəzeti dünən məlumatlı mənbələrə istinadən bildirib ki, əvvəlcədən elan edilməmiş bu nahar ziyafərində Obama Baydenlə 2024-cü il seçkiləri və Donald Trampın prezidentliyə qayıtmaq istəyi barədə coşqunluqla danışırdı və və ona seçki kampaniyasını daha çox enerji ilə aparmağı təklif etdi. Bu ingilis qəzetinin nöqteyi-nəzərindən önəmli məqam Obamanın adının Ağ Evə gələnlərin siyahısında görünməməsidir.