Tarix : 2024 Jan 08
Kod 64458

İrəvan Bakıdan Ermənistanın suverenliyinin açıq şəkildə tanınmasını gözləyir

Regional kommunikasiyaların açılması qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında Ermənistanın suverenliyi altında həyata keçiriləcək.
arannews:parstoday-Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisinin son bəyanatını şərh edərkən bildirib.

O deyib ki, Azərbaycan suverenlik prinsipinin Ermənistan ərazisilə kommunikasiyaların açılmasının mümkünlüyü üçün əsas kimi qəbul ediləcəyini açıq şəkildə təsdiqləməlidir, bundan sonra daha konkret mexanizmlərdən danışmaq mümkün olacaq.

Qriqoryan qeyd edib ki, Ermənistan regional infrastrukturların açılması üzərində işləməyə davam edəcək. Həmçinin sülh müqaviləsi üzərində işləmək lazımdır ki, bölgədə sülh olsun.

  • Yazılıb
  • da (də) 2024 Jan 08
  • Göndərən رضا رستمی