Tarix : 2024 Jan 08
Kod 64460

Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək

Hindistanın müdafiə naziri Racnath Sinqh yanvarın 8-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londona ikigünlük səfər edəcək.
arannews:parstoday- bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərə görə, səfər zamanı təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

“Mən yanvarın 8-dən 10-dək Londonda səfərdə olacağam, britaniyalı həmkarım Qrant Şapps ilə ikitərəfli görüş keçirəcəyəm. Müdafiə, təhlükəsizlik və sənaye əməkdaşlığına dair geniş spektrli məsələlərin müzakirəsini səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

Bundan başqa, R.Sinqh Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron ilə də görüşəcək.

  • Yazılıb
  • da (də) 2024 Jan 08
  • Göndərən رضا رستمی