Tarix : 2024 Jan 09
Kod 64462

HƏMAS İsrailə daha bir zərbə vurub - Müqavimətin Təl-Əvivlə gərgin kəşfiyyat müharibəsi və “Şabak”in qabaqcıl texnikasının kəşf olunması

Fələstin müqavimətinin təhlükəsizlik və kəşfiyyat bölməsi Şabakın (sionist rejimin daxili casusluq xidməti) Qəzzadakı muzdluları ilə əlaqə üsullarını aşkar edərək Təl-Əvivə ölümcül zərbə vurdu.
arannews:irna-Rəy Əl-yəvm Fələstin müqavimətinin sionist rejimin casuslarına vurduğu ölümcül zərbəyə toxunan məqaləsində deyib: Oktyabrın 7-dən Fələstin müqavimətinin Qəzzada sionist ordusu ilə quruda və yeraltında vuruşduğu və hələ də davam edən gərgin və çətin müharibədə işğalçılar ağır itki və tələfatlar verir. Bunun kimi, iki tərəf arasında çox şiddətli başqa növ döyüş də gedir.

Bu media yazıb: Fələstin müqavimətinin illərdir sionist rejimlə apardığı müharibə heç də meydandakı müharibədən az əhəmiyyət kəsb etmir və bu müharibə bəzi hallarda daha təhlükəli, həssas və çətin olan muzdlular və casuslarla mübarizədir. Çünki dolayı və mürəkkəb şəkildə dünyanın ən böyük və ən təhlükəli xüsusi xidmət şəbəkəsi ilə qarşı-qarşıyadır. Müqavimət bu günlərdə sionistlərlə döyüşməklə yanaşı, sionist rejimin casusluq xidmətinə daha bir ölümcül zərbə vurdu və Qəzza daxilində Şabakın öz casusları ilə əlaqə metodlarını kəşf etdi. Bu məsələ bu işin böyük ölçüdə məxfi olmasından və Qəzza daxilindəki hədəfləri müəyyənləşdirilməsində və yüksək dəqiqliklə bombardman edilməsində sionist ordusuna kömək edilməsindən sonra baş verir, çünki casusların missiyası müşahidə aparmaq və sionist düşmənə koordinat vermək idi.

Rəy Əl-yəvm xəbər verib: İndi müqavimətlə əlaqəli mənbələr xəbər veriblər ki, casusların sionist kəşfiyyat xidməti ilə əlaqəsinin təfərrüatları aşkarlanıb və Şabakın Qəzzadakı muzdluları ilə əlaqəsi ifşa olunub.
  • Yazılıb
  • da (də) 2024 Jan 09
  • Göndərən رضا رستمی