Yəmən Ənsarullah Hərəkatı lideri ofisinin direktoru açıqlamasında ölkəsinin Silahlı Qüvvələrinin Amerikanın Qırmızı dənizdə yəmənli döyüşçülərə hücumuna cavabının qaçılmaz və eyni zamanda kəskin olacağını vurğulayıb.
arannews;irna-bazar ertəsi Səfər əs-Sufi şəhid ailələri ilə görüşündə əlavə edib: “Amerika Yəmən Silahlı Qüvvələrini hədəfə almaqla, özünə atəş açdı. Tezliklə sizi sevindirəcək hadisənin şahidi olacaqsınız.” Yəmən Silahlı Qüvvələri yanvarın 1-də verdiyi bəyanatda Amerikanın Qırmızı dənizə hücumu nəticəsində Yəmənin bir neçə dəniz qüvvələrinin şəhid olduğunu bildirib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi vurğulayıb ki, Amerika qüvvələri Qırmızı dənizdəki qüvvələrimizin qayıqlarını hədəfə almağın bədəlini ödəməli olacaq.