Tarix : 2024 Jan 09
Kod 64465

Əmir-Abdullahian: Sionistlər mediaya nifrət edirlər

ranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Qəzza müharibəsində media şəhidlərinin xatirəsini ehtiramla yad edərkən deyib: Sionistlər mediaya nifrət edirlər.
arannews:parstoday-Hüseyn Əmir-Abdollahian bazar ertəsi gecəsi X-də yazıb: Müqavimət göstərən Qəzzaya qarşı üç aydan çox davam edən amansız müharibədən sonra 111 jurnalist və operator şəhid olub ki, bu da tarixdə görünməmiş bir rəqəmdir.

Sionistlər dünyanın elm və mühakiməsindən son dərəcə qorxurlar və bu cinayətkar rejimin media mənsublarına qarşı nifrət və bədxahlığının əsas səbəbi budur.-O əlavə edib.

Əmir-Abdullahian media şəhidlərinin yüksək ruhunu ehtiramla yad edərək, Fələstinli qəhrəman jurnalist  Vael Dahdouha başsağlığı verib.

Bu xəbərə əsasən, bazar günü sionist işğalçı rejim hərbiçiləri Qəzzənin cənubunda Vail Dəhduhun oğlu Həmzə də daxil olmaqla iki jurnalistin şəhadətinə səbəb olan avtomobili hədəfə alıblar.

Sionist rejim ordusu tərəfindən iki fələstinli jurnalistin şəhid olması ilə Qəzza zolağı müharibəsində jurnalist şəhidlərinin sayı 111 nəfərə çatıb.

Qəzza zolağındakı hökumətin informasiya ofisi bu iki fələstinli jurnalistin İsrail qüvvələri tərəfindən şəhid edilməsini məhkum edib və bütün jurnalist, media və hüquq birliklərini Qəzzada soyqırımı dayandırmaq üçün işğalçı Qüds rejiminə təzyiq etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2024 Jan 09
  • Göndərən رضا رستمی