Tarix : 2024 Jan 10
Kod 64468

İnqilab Rəhbəri: İmam Xomeyni insanlara öyrətdi ki, istənilən nəticəni əldə etmək üçün meydanda hazır olmalıdırlar – İmam Xomeyni partiya və qruplarla görüşmək əvəzinə xalqın yanında idi.

İslam İnqilabının Rəhbəri bu səhər Qum əhalisinin 19 dey 1356-cı (9 yanvar 1978-ci) il qiyamının ildönümündə: Bunu bizə İmam Xomeyni (rə) öyrətdi. İnsanlara göstərdi, insanlara onların meydanda olmasının möcüzə olduğunu öyrətdi.
arannews:irna-İmam (hicri şəmsi təqvimilə) 1341 və 1342-ci illərdə (1963-1964) bunu bütün İran xalqına əməli, sözü, məntiqi və düşüncəsi ilə göstərdi.

Onlara başa saldı ki, irəli getmək istəyirlərsə, istədikləri nəticələrə nail olmaq istəyirlərsə, meydanda olmalıdırlar. Geri çəkilmək, ona-buna arxalanmaq, guşəyə çəkilmək... Bunların xeyri yoxdur. Meydanın mərkəzinə gəlmək lazımdır. Özü də meydanın mərkəzində idi.

İmam Xomeyni (rə) o zaman iddialı məşhur siyasi partiyalar, qruplar, cərəyanlar və siyasi xadimlərlə görüşmək əvəzinə, onlarla oturub-durmaq əvəzinə, gəlib camaatla birgə oldu.

  • Yazılıb
  • da (də) 2024 Jan 10
  • Göndərən رضا رستمی