İslam ölkələrinin parlament sədrləri və nümayəndələri Fələstinlə bağlı iclasda Qəzza xalqının ədalətdən və insan haqlarından faydalanmaq haqqını vurğulayaraq, sionist rejimin Fələstinə qarşı hərbi cinayətlərinin dərhal dayandırılmasını tələb ediblər.
araNNEWS:IRNA- Tehranın evsahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin Assambleyaları İttifaqı (PUİC) Fələstin Daimi Komitəsinin beşinci fövqəladə iclası və Asiya Parlamentləri Assambleyasının (APA) Fələstin Komitəsinin ilk iclası keçirilir. Bu iclasda iştirak edən ölkələrin parlament sədrləri, sədr müavinləri və nümayəndələri Qəzzada sionist rejimin cinayətinə son qoymaq üçün öz fikir, mülahizə və təklif planlarını bildirdilər.
Bu görüşdə Fil Dişi Sahili parlamentinin vitse-spikeri Konate Saidiki deyib: “Biz müdafiəsiz Fələstin xalqının yanındayıq və bunu bəyan edirik ki, Fələstin məsələsi ədalət, izzət və insan haqları məsələsidir. Fələstinlilər on illərdir ki, çox əziyyət çəkirlər və bu yolda çoxlu insan həyatını itirib. Ona görə də fələstinliləri dəstəkləmək və beynəlxalq hüquqa uyğun hərəkət etmək bizim borcumuzdur.”
İclasda Küveyt parlamentinin nümayəndəsi Muhammad Huseyn əl-Muhan İslam parlamentlərinin vəzifəsinin kütləvi qətllərə son qoymaq üçün bütün vasitələrdən istifadə etmək olduğunu xatırladaraq, deyib: “Məzlum Fələstin xalqının Qəzza zolağından köçürülməsinin qarşısı alınmalıdır, sionist rejimin başçıları beynəlxalq məhkəmələrdə hərbi cinayətkar kimi mühakimə edilməlidir, sionist rejimə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır.”
Küveyt parlamentinin nümayəndəsi deyib: “Müsəlman ölkələri arasında münasibətlər koordinasiyalı və uyğun olmalıdır, İslam ölkələri sionist rejimlə münasibətləri normallaşdırmaqdan çəkinməli, əlaqələri kəsməli və İsraildəki səfirliklərini bağlamalıdır.”
Bu görüşdə Burkina Faso keçid hökumətinin vitse-spikeri Davda Diyallo çıxışında deyib: “Fələstin ideyalarını dəstəkləmək üçün həll yolları axtarmalıyıq və beynəlxalq təşkilatları Fələstinin problemlərinə son qoymağa qane etməliyik.”
Seneqal parlamentari də çıxışında Tehran iclasının yekun qətnaməsinə toxunaraq bildirib: “İnfrastruktur baxımından Fələstinə ziyan dəyib. Seneqal Milli Məclisi Fələstində sülh və davamlı təhlükəsizlik üçün bütün ölkələrlə birlikdə çalışır. Yekun bəyanatda sionist rejimin hücumları pislənilməli, Oslo razılaşmasının icrası və Qəzzaya yardımlar göndərilməsi vurğulanmalıdır.”
İclasın digər natiqlərindən olan Oman parlamentinin sədr müavini Tahir bin Məxbut bin Əli Əl-Cuneybi deyib: “Müsəlmanların sıralarını gücləndirməli, sülh, sabitlik və Fələstin xalqının hüquqlarını onlara qaytarmalıyıq. Bu gün bütün xalqlar Fələstin xalqı üçün fəryad edir və bu cinayətlər bizim səylərimizlə bitməlidir.”
Çad parlamentinin elçisi Məhəmməd Yusuf da bu görüşdə deyib: “Çad öz diplomatlarını İsraildən geri çağırdı, bu rejimin son davranışlarından iyrəndiyini rəsmən bəyan etdi və İsraildən heç bir nümayəndə ilə görüşümüz olmayıb.”
Mali parlamentinin üzvü Hamifone Mehl Madan da sionist rejim cinayətlərinin soyqırım və insanlığa qarşı cinayət olduğunu bildirib və əlavə edib: “Mali hökuməti və parlamenti hər zaman Fələstin və İslam ümmətinin ideyalarına önəm verir, müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və sionist rejimin hərbi cinayətlərini, qadın və uşaqların qətliam edilməsini pisləyir.”
İclasın davamında Türkiyə parlamentinin nümayəndəsi Əbdurrahim Dusk öz çıxışında sionist rejimin İordan çayının qərb sahili və Qəzzada törətdikləri və qəsəbə inşa etmələri kimi cinayətkar əməllərinin qəbuledilməz olduğunu bildirərək deyib: “Bu hərəkətlər regionda davamlı sülhün əleyhinədir, Fələstin xalqı öz hüquqlarına sahib olmalıdır və biz İsrailin təcavüzünə qarşı birlikdə olmalıyıq.”