Tarix : 2024 Jan 12
Kod 64475

Amerikanın neft tankeri İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldı

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Amerikanın neft tankerini saxlayıb.
arannews:irna-İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman dənizində Amerikaya aid neft tankerini saxlayıb.

Bu barədə bir müddət əvvəl Sky News-in ərəbcə telekanalı İngiltərə Dəniz Ticarət Əməliyyatları Təşkilatına istinadən məlumat yayaraq bildirmişdi: “Oman sahillərindən 50 dəniz mili şərqdə insident məlumatı aldıq. Maskat rəsmiləri Omanın şərq sahilində baş verən bu təhlükəsizlik hadisəsini araşdırır.”

İngiltərə Dəniz Ticarət Təşkilatı da açıqlayıb ki, Oman yaxınlığında bir neçə silahlı şəxsin gəmiyə daxil olması barədə məlumat daxil olub.

  • Yazılıb
  • da (də) 2024 Jan 12
  • Göndərən رضا رستمی