Azərbayca Respublikasının İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
arannews:parstoday-Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb. bu barədə diplomat "X" hesabında paylaşım edib.
Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, İraq prezidenti 2023-cü ilin noyabrında Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak etmək üçün Bakıya səfər edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Bu görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin mövqeyini dəstəklədiyi vurğulanıb.