İslam İnqilabının Böyük Rəhbəri xalqı səhnədən çıxarmağı, pak İran diyarının düşmənlərinin strategiyası adlandırıblar.
arannews:parstoday-İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei bu gün Qum əhalisinin min üç yüz əlli altıncı günəş ili on doqquz dey tarixi qiyamının ildönümü günündə bu şəhər əhalisindən bir qrupu ilə görüşdə asılı və zalım tağut rejiminin devrilməsini xalqın səhnədə iştirakının duyulan nəticəsi adlandırıblar. Bildiriblər ki: Xalqı iştiraka dəvətdə məqsəd, islami hakimiyyət, islami izzət, tam məsləhət, xalqın yüksəlişi və imperializmlə mübarizədir. O həzrət Qəzzə zolağını xalqın böyük gücünün eyni nümunəsi adlandırıb və deyiblər: Kiçik bir ərazidə xalqın kiçik bir qrupu/ o qədər iddiası olan Amerikanı və Amerikadan asılı qalan sionist rejimi öz səbir və müqavimət gücü ilə aciz qoyub.
İslam İnqilabının Böyük Rəhbəri sionistlərin üç ay uşaq öldürmələri və cinayətlərini tarixdə yaddançıxmaz bir hadisə adlandırıb və belə əlavə ediblər: Hətta bu rejimin yer üzündən silinməsi və məhv edilməsindən sonra da bu cinayətlər unudulmayacaq. Tarixdə yazacaqlar ki, bir gün bir dəstə bu bölgədə hakimiyyətə çatdı və bir neçə həftə ərzində minlərlə uşağı qətlə yetirdi, amma xalqın səbri, müqaviməti/ və Fələstin müqaviməti/ onları geri çəkilməyə məcbur etdi.
Həzrət Ayətullahuluzma Xamenei xalqı səhnədən çıxarmağın digər hiylələrindən birini, əcnəbi mediaların xalqı, xüsusən də gəncləri gələcəkdən məyus etməyə səy göstərmələri adlandırıb və söyləyiblər: Mənfi cəhətləri ümumiləşdirmək və ya şişirtmək,/ siyasi fəaliyyətlər və seçkilərdə iştirakın faydasız olmasını yaymaq,/ iqtisadi çətinliklər və çatışmazlıqları üzə çəkmək/ onların təbliğat fəaliyyətlərindəndir.
O həzrət qüdrətlərdən, Amerikadan və sionist rejimdən qorxutmağı xalqı meydandan çıxarmağın başqa hiylələrindən hesab edib və deyiblər: Əgər qərar olsaydı ki, İran xalqı filan gücdən qorxsun, İran İslam Respublikası daha mövcud olmazdı. Eyni zamanda, regiona yiyələnmək və hökmranlıq etmək iddiasında olan güclərdən çoxu bu gün İran xalqından qorxur.
İslam İnqilabının Böyük Rəhbəri xalqın/ general-leytenant pasdar Qasim Süleymaninin şəhadətinin dördüncü ildönümündəki əzəmətli iştirakını, 22 bəhmən və Qüds günü yürüşlərindəki iştirakını, doqquz dey ildönümü günü kimi ilahi günlərdəki toplantısını, xalqın meydanda iştiraka hazır olmasının bariz nişanələri adlandırıb və belə söyləyiblər: İran xalqı çoxiftixarlı sərkərdənin şəhadətinin ildönümü günündə, ziyarət üçün uzaq yollardan Kirmana gəldi və o faciəli hadisəyə rəğmən, həmin günün sabahısı/ həmin xalq iştirakı/ elə o əzəmət, qüdrət və stimulla davam etdi