Tarix : 2024 Jan 13
Kod 64480

Rusiya və Çin ABŞ və İngiltərənin Yəmənə hücumuna münasibət bildirib

ABŞ və İngiltərənin Yəmənin bir neçə şəhərinə hücumundan sonra Çin və Rusiya bu hücumlara reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Yəmənə hücumlarını pisləyib və bu hücumları beynəlxalq qanunlara tam etinasızlığın növbəti nümunəsi adlandırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü də bütün tərəfləri münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb.
arannews:irna- Mariya Zaxarova cümə günü özünün Telegram kanalında əlavə edib: Amerikanın Yəmənə aviazərbələri anqlosaksların öz dağıdıcı məqsədləri üçün regionda gərginliyi artırmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək, onlardan kənara çıxması və beynəlxalq qanunlara tamamilə məhəl qoymamasının növbəti nümunəsidir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Çinin Qırmızı dənizdə gərginliyin artmasından narahat olduğunu bildirib və əlavə edib: Münaqişənin yayılmasının qarşısını almaq üçün müvafiq tərəflərdən sakitlik və təmkinli davranmalarını xahiş edirik.

Bundan öncə bəzi xəbər mənbələri Rusiyanın Amerika və İngiltərə qüvvələrinin Yəmənə təcavüzkar hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını açıqlamışdı.

  • Yazılıb
  • da (də) 2024 Jan 13
  • Göndərən رضا رستمی