Tarix : 2024 Jan 13
Kod 64483

İranlı texnoloqlar tərəfindən dünyanın ən kiçik spektrometri istehsal olunub

İranın biliyə əsaslanan şirkəti kimya laboratoriyalarında və müxtəlif sənaye sahələrində istifadə olunan dünyada mövcud olan ən kiçik spektrometr olan “Nanospektrofotometr” qurğusunun istehsalına nail olub.
arannews-in mətbuatına görə Prezident yanında Bilik Əsaslı Elm, Texnologiya və İqtisadiyyat üzrə şöbəsinə istinadla verdiyi məlumata əsasən, bilik əsaslı “Pişro Təhqiq” Elektron Mühəndislik Şirkətinin baş direktoru Firidun Həsənpurun spektroskopiya sahəsində biliyə əsaslanan bu şirkətin məhsullarının bir neçə dönəmdə “İran Saxt” sərgisində seçilmiş dizayn kimi tanındığını bildirərək dedi: Bu şirkət spektroskopiya sahəsində fəaliyyətə başlayan ilk şirkətlər sırasındadır və biz bu sahədə çox şeylər əldə etmişik. Birinci mərhələdə aparılan işlərin nəticəsi o oldu ki, biz dünyada ən kiçik spektrofotometr istehsal edə bildik. Bu cihaz 1 nm dəqiqliklə 390-850 nm diapazonunda mövcud olan “Nanospektrofotometr” adlanır.
 
O qeyd etdi: Ölçüləri 10x6x4 kubsantimetr - oxşar xarici nümunələrin təxminən üçdə biri həcmində - olan nanospektrofotometr cihazı yerli mütəxəssislərin elminə və bacarığına əsaslanaraq dizayn və istehsal edilmişdir ki, bu da dünyada mövcud olan ən kiçik spektrometrdir. Kiçik ölçüsünə baxmayaraq, bu cihaz unikal xüsusiyyətlərə malikdir.
 
Bu cihazın əsas və fərqləndirici imkanlarına və xüsusiyyətlərinə toxunan Həsənpur qeyd etdi: Cihazda istilik əmələ gəlməsinin qarşısını almaq üçün soyuq lampa texnologiyasından istifadə edilməsi, geniş dalğa uzunluq diapazonuna malik olması, USB kabel vasitəsilə məlumat göndərməsi, fiber optik rabitə qabiliyyəti, simsiz enerji doldurma, USB kabel vasitəsilə sürətli enerji doldurma, cihazın yalnız bir dəfə doldurulması ilə üç saat istifadə, çox az enerji sərfiyyatı, tam inkişaf etmiş proqram təminatı, cihazın daxili temperaturunun göstərilməsi, cihazın işləmə müddətini aparatda qeyd etməsi, işıq mənbəyinin işə salındığı vaxtı qeyd etməksi, avtomatik avadanlıq problemlərinin tapılması sisteminə malik olması və UID aparatının içərisində unikal seriya nömrəsinə malik olması bu spektrometrin xüsusiyyətlərindəndir.

 
  • Yazılıb
  • da (də) 2024 Jan 13
  • Göndərən رضا رستمی