Beynəlxalq Ədalət Məhkəməsindəki sionist rejimin son özünü müdafiəsindən sonra Cənubi Afrikanın ədliyyə naziri Ronald Lamola deyib: “İsrail rejimi biabırçı məğlubiyyətə uğradı”
arannews:parstoday-Cənubi Afrikanın ədliyyə naziri Ronald Lamola son günlərdə böyük səs-səda doğurmuş İsrail rejimi əleyhinə Beynəlxalq Haaqa məhkəməsinə şikayəti və ona baxılması haqda açıqlamasında deyib: "Biz əminik ki, son dərəcə etibarlı sübutlarla şikayətimizi etmişik. Törədiliş cinayət əməlləri vəkillərimiz tərəfindən təfərrüatlı şəkildə izah edilib. İsrail bu gün rüsvayçı bir şəkildə məğlub oldu"
Daha sonra o əlavə edib ki, ölkənin vəkilləri indi məhkəməyə gerçək və inkar edilə bilinməyəcək faktlar təqdim ediblər və “qanun bizim tərəfimizdədir”.
Qeyd edək ki, Cənubi Afrika rəsmisinin açıqlamaları İsrail rejim nümayəndəsinin Beynəlxalq Ədalət Məhkəməsinin ikinci iclasında çıxış edərək irəli sürülmüş şikayətləri rədd etmək üçün öz arqumentlərini gətirdikdən sonra olub.
Xatırladaq ki, dünən (12 yanvar) Cənubi Afrikanın Qəzzədə törədilmiş soyqırıma görə İsrailə qarşı şikayətinin ilkin dinləməsi keçirilib.
Məhkəmə çıxışında Cənubi Afrikanın nümayəndəsi vurğulayıb ki, sionist rejim Qəzzə zolağında fələstinlilərinə qarşı aparteid siyasətlərini həyata keçirir.
Məlum olduğu kimi, bir neçə həftə bundan öncə Cənubi Afrika Haaqa məhkəməsinə müraciət edərək, İsrailin Qəzza müharibəsində soyqırım törətməkdə ittiham olunmasının araşdırılmasını tələb edib.