Tarix : 2024 Jan 14
Kod 64487

Qəzza zolağında 7 min nəfər itkin düşüb

Fələstin hökumətinin Qəzza zolağındakı informasiya ofisi bildirib ki, müharibə başlayandan bəri sionist düşmənin bu zolağa hücumları nəticəsində 7 min insan itkin düşüb və dağıntılar altında qalıb.
arannews:irna-Fələstin hökumətinin informasiya ofisi bəyanatında qeyd edib ki, itkin düşənlərin 70%-i uşaqlar və qadınlardır və Qəzzada müharibə başlayandan indiyədək 30 843 fələstinli şəhid olub və ya itkin düşüb.

Fələstin Səhiyyə Nazirliyi də İsrail ordusunun Qəzza zolağına 99 günlük hücumları zamanı 23 min 843 fələstinlinin şəhid olduğunu açıqlayıb və eyni vaxtda 60 317 nəfərin də yaralandığını vurğulayıb.

Nazirlik sionist rejim ordusunun son 24 saatda törətdiyi 12 cinayətdə 135 fələstinlinin şəhid olduğunu, 312 nəfərin isə yaralandığını bildirib.
  • Yazılıb
  • da (də) 2024 Jan 14
  • Göndərən رضا رستمی