Avropa Birliyinin xarici siyasət rəhbəri Qərbi Asiya ölkələrinin yüksək rütbəli rəsmiləri ilə görüşdən və Fələstindəki son hadisələri müzakirə etdikdən sonra Qəzza zolağında müharibənin dayandırılmasının həyati əhəmiyyət daşıdığını bildirib.
arannews:parstoday-Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri “Cozef Burrel” deyib:Qəzza zolağının 2 milyon sakininin, demək olar ki, hamısı indi məcburi köçkündür, münaqişəyə son qoyulması və bütün məhbusların azad edilməsi vacibdir. Avropa İttifaqının xarici siyasət rəhbəri humanitar yardımın ötürülməsi prosesinin sürətləndirilməsinin zəruriliyinə toxunaraq xəbərdarlıq edib: Qəzza zolağına humanitar yüklərin axınının artırılması istiqamətində son cəhdlərə baxmayaraq, bu yardım təəssüf ki, kifayət deyil və bu vəziyyət göstərir ki, Müharibənin daimi dayanacağı mülki əhalinin vəziyyətini yaxşılaşdıra bilər.