ran İslam Respublikası prezidenti “Əqsa tufanı” beynəlxalq konfransında vurğulayıb: Fələstin bəşəriyyət dünyasının birinci probleminə çevrilib.
arannews;parstoday-İran Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün (bazar günü) Tehranda başlayan “Əqsa tufanı və insan vicdanının oyanışı” adlı ilk beynəlxalq konfransda deyib: İran İslam Respublikasının böyük qurucusu İmam Xomeyni (r.a) buyurdular, Fələstin islam dünyasının birinci problemidir və Müqəddəs-Həramın azad edilməsi İslam dünyasında prioritet məsələdir. İran İslam Respublikası prezidenti müqaviməti Fələstin məsələsinin həlli yolu hesab edib və əlavə edib: Əgər zülmkar cərəyan məntiq və danışıqlar göstərmirsə, yeganə məntiq müqavimətdir.
Rəisi həmçinin deyib: Bu gün Fələstin Əl-Əqsa döyüşünün qalibidir, sionist rejim və onun havadarları isə bu döyüşdə məğlub olanlardır.
İran İslam Respublikası prezidenti daha sonra deyib: İran İslam Respublikası siyasətində Fələstinə və müqavimət qruplarına dəstək vermək gündəmdədir, biz bütün dünyada zülmə məruz qalan insanlara biganə qala bilərikmi?özünü,ailəsini və dinini müdafiə edən kimsələri dəstəkləmək lazımdır.
İran İslam Respublikası prezidenti həmçinin deyib: Sionist rejimlə münasibətlərin normallaşdırılması nə region ölkələri, nə də sionist rejim üçün təhlükəsizlik yaratmır.
Prezident sonda qeyd edib ki, Fələstin təkcə İslam ümmətinin qayğısı deyil və qlobal məsələyə çevrilib.