Tarix : 2024 Jan 15
Kod 64494

Seyid Həsən Nəsrullah: Sionist rejim uğursuzluq içində boğulur

Livan Hizbullahının baş katibi bazar günü bildirib ki, 100 günlük Qəzza müharibəsi və Əl-Əqsa döyüşündən sonra İsrail məğlubiyyətlər və uğursuzluqlar içində boğulub və indiyə qədər heç nəyə nail olmayıb.
arannews:parstoday-Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu hərəkatın komandirlərindən biri olan “Vəssam Həsən Təvil” ləqəbli “Əl-Həcc Cavad”ın sionistlərin hücumunda şəhadətindən 7 gün keçməsi münasibətilə ötən axşam livanın c\nubunda çıxış edib.

Livan Hizbullahının baş katibi çıxışının əvvəlində Qəzzə xalqının son 100 gündə qəhrəmancasına və misilsiz müqavimətinə işarə edərək dedi: Qəzzə xalqı misli görünməmiş bir şəkildə sionist rejimin təcavüzü qarşısında müqavimət göstərib. bu elə bir halda baş verir ki sionist rejim mediaları cinayətləri ört-basdır etməyə çalışırdılar, amma müqavimət mediaları həqiqətləri işıqlandıra bildilər.

Livan Hizbullahının baş katibi 100 gündən sonra sionistlərin Qəzzanın şimalından çəkilməni ehtiva edən üçüncü mərhələyə daxil olduqlarını söylədiklərini vurğulayaraq deyib: Sionistlərin geri çəkilməsindən sonra HƏMAS və İslami Cihad mücahidləri nəzarəti ələ keçirdilər. Bəs bu İsrail üçün necə bir  nailiyyət idi?İsrail müqaviməti aradan qaldıra bilmədi və indi İslam müqaviməti Qəzzanın bütün şimal bölgələrinə nəzarət edir. İsrail hətta Qəzzanın şimalından Təl-Əvivə atılan raketləri dayandıra bilmədi, hətta bir məhbusu sərbəst buraxa bilmədi. Düşmən ordusu 100 gündən sonra heç nəyə nail ola bilməyib deyə seyid həsən nəsrullah əlavə edib.

  • Yazılıb
  • da (də) 2024 Jan 15
  • Göndərən رضا رستمی