Tarix : 2024 Jan 16
Kod 64496

Əl-Qəssam: Qəzzanın bombalanması nəticəsində 2 israilli əsir ölüb

Şəhid İzzəddin əl-Qəssam Briqadaları bildirib ki, sionist rejim qırıcılarının Qəzzanı bombalaması nəticəsində bu rejimdən Fələstin müqavimətinin əlində olan 2 əsir ölüb.
arannews:irna-HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl-Qəssam Briqadaları Qəzzada olan bu 2 sionist əsirin adının “Yossi Şərabi” və “Tais Friski” olduğunu qeyd edib.

Qəzzada üç israilli əsirin sözlərinin mətni
HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları Qəzzada üç israilli əsirin yeni video yayımlayıb. Videoda deyilir: “Biz hələ sağıq, bizi evə qaytarın. Vaxt tükənmək üzrədir. Sizin hökumət yalan danışır.”
Əl-Qəssam bu videodakı üç əsirdən ikisinin öldüyünü bildirib.
  • Yazılıb
  • da (də) 2024 Jan 16
  • Göndərən رضا رستمی