Yəmən Milli Ordusunun mətbuat katibi Yəhya Sərii bazar ertəsi axşam saatlarında Qırmızı dənizdə Amerika gəmisinə hücumu təsdiqləyib.
arannews:irna-Sərii deyib: “Dəniz qüvvələrimiz hərbi əməliyyat keçirib və Ədən körfəzində Amerika gəmisini hədəfə alıb.”
Yəmən Milli Ordusunun sözçüsü əlavə edib: “Amerika və İngiltərə gəmiləri hücum üçün hərbi hədəflərdir.”
“Qırmızı dənizdə hərbi əməliyyatlar Qəzzaya qarşı təcavüz dayandırılana qədər davam edəcək” - deyə, o, qeyd edib.
Y. Sərii vurğulayıb: “ABŞ və İngiltərənin təcavüzlərinin cavabı heç şübhəsiz gələcəkdə veriləcək və Yəmənə qarşı hər hansı yeni hücum cavabsız qalmayacaq.”