Türkiyə ərazisində Bakı-Tiblis-Ceyhan boru kəmərində baş vermiş partlayışdan irəli gələn yanğın davam edir
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə ərazisində Bakı-Tiblis-Ceyhan boru kəmərində baş vermiş partlayışdan irəli gələn yanğın davam edir. Bu partlayış və yanğın ötən çərşənbə axşamı Türkiyənin Ərzəncan vilayətində yerləşən Yurtbaşı kəndinin yaxınlığında baş verdi ki, bu da boru kəmərdən neftin tranzitinin dayandırılmasına səbəb oldu. Türkiyə medialarından bəzisi baş vermiş bu partlayışda terrorçu PKK-nın ünsürlərini günahlandırırlar. Ancaq digər kütləvi informasiya vasitələri bu boru kəmər marşrutunda lazımi təhlükəsizliyin olmaması və texniki nasazlığı partlayışın amili bilirlər.
Frans Press də şənbə günü Gürcüstanın baş nazirinə istinadla bu ölkə ərazisində Bakı-Tiblisi-Ceyhan boru kəmərinin ətrafındakı məntəqələrin bombardmana edilməsindən xəbər verib ki, ona hər hansı bir ziyan toxunmayıbdır. Uzunluğu 1774 kilometr olan Bakı-Tiblisi-Ceyhan boru kəməri 2006-cı ildə açıldı və Az.R neft yataqlarının neftini Aralıq dənizində olan Ceyhan limanına nəql edir.