İranın xarici işlər naziri Tehran və Pakistan arasında antiterror sazişinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
arannews:parstoday-İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə axşamı İsveçrədə Davos sammiti çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvər Əl-Haq ilə görüşündə İran və Pakistanın əməkdaşlığı çərçivəsində terrorizmlə mübarizənin əhəmiyyətinə toxunub. O, həmçinin iki qonşu ölkə arasında terrorla mübarizə üzrə əvvəlki razılaşmaların yerinə yetirilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Ənvər Əl-Haq Kakar da öz növbəsində Pakistanın İranla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Pakistanın müvəqqəti baş naziri qeyd edib ki, Pakistan və İran regionda ümumi problemlərlə üzləşirlər.
Görüşdən bir neçə saat sonra Ceyşül-Zülm terror qruplaşmasının Pakistandakı iki əsas qərargahı dəqiq raket və pilotsuz təyyarələrin zərbələri ilə məhv edilib.
Bu əməliyyatın mərkəz nöqtəsi Pakistanın Bəluçistan əyalətindəki Kuhi-Səbz (yaşıl dağ) kimi tanınan və Ceyshül-Zülm yaraqlılarının ən böyük mərkəzlərindən birinin yerləşdiyi bölgə olub.
Dekabrın ortalarında İranda “Ceyşül-Zülm” kimi tanınan terror qruplaşması İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə basqın edib, hansı ki, 11 İran polisinin şəhid olması ilə nəticələnmişdi.